Kris Rayt: Dünən Fars körfəzindən 18 milyon barel neft keçib

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 19:29
Kris Rayt: Dünən Fars körfəzindən 18 milyon barel neft keçib

Ötən sutka ərzində Fars körfəzindən təxminən 18 milyon barel neft keçib, bu da təxminən münaqişədən əvvəlki göstəriciyə bərabərdir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Fox News"a müsahibəsində bildirib.

"Hazırda biz Fars körfəzindən neft axınını rekord həddə çatdırmışıq. Dünən təxminən 18 milyon barel keçib, bu da faktiki olaraq münaqişədən (Yaxın Şərqdə) əvvəlki səviyyəyə uyğundur", - o deyib.

Rayt qeyd edib ki, Bab-əl-Məndəb boğazı vasitəsilə də tədarük həcmini artırmaq lazımdır.

44 - Tezliklə