Koşta ilə Börnhem Aİ və Böyük Britaniya arasındakı əməkdaşlığı müzakirə ediblər

Digər ölkələr
  • 21 iyul, 2026
  • 12:08
Koşta ilə Börnhem Aİ və Böyük Britaniya arasındakı əməkdaşlığı müzakirə ediblər

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya münasibətlərin daha da möhkəmləndirilməsi barədə razılığa gəlib və Ukraynaya dəstək məsələsində əməkdaşlığı müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta Britaniyanın yeni Baş naziri Endi Börnhemlə danışıqların yekunlarına dair "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Endi Börnhemlə yaxşı söhbətimiz oldu. Bu ilin sonlarında Brüsseldə keçiriləcək ikinci Aİ-Böyük Britaniya sammiti ərəfəsində Aİ və Böyük Britaniya arasında münasibətlərin daha da möhkəmləndirilməsi barədə razılığa gəldik. Biz həmçinin Avropanın qarşısında duran ümumi geosiyasi çağırışları da müzakirə etdik. Aİ və Böyük Britaniya Ukraynaya dəstək məqsədilə sıx əməkdaşlığı davam etdirəcəklər", - o yazıb.

44 - Tezliklə