Koşta: Aİ liderləri ilin sonunadək büdcə üzrə razılığa gəlməlidirlər

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 13:06
Koşta: Aİ liderləri ilin sonunadək büdcə üzrə razılığa gəlməlidirlər

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ liderlərini təşkilatın uzunmüddətli büdcəsinin müzakirəsi zamanı açıqlıq nümayiş etdirməyə, konstruktiv yanaşmaya və kompromislərə hazır olmağa çağırıb.

"Report"un Avropa bürosunun məlumatına görə, o, bu barədə Brüsseldə Avropa İttifaqı Şurasının xüsusi iclası başlamazdan əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, razılıq cari ilin sonunadək əldə olunmalıdır.

A.Koşta Aİ ölkələrinin liderlərini Avropa İttifaqının uzunmüddətli büdcəsinə dair bir neçə məsələdə razılığa gələcəyinə ümid bəsləyir. Buraya ümumi həcm, vəsaitlərin prioritet istiqamətlər arasında bölüşdürülməsi və s. daxildir.

O vurğulayıb ki, Aİ-nin növbəti uzunmüddətli büdcəsi birliyin əsas vəzifələrinə uyğun olmalı, fermerlərin, şəhərlərin və regionların dəstəklənməsini, təhlükəsizlik və müdafiəyə investisiyaların artırılmasını, eləcə də Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsini nəzərdə tutmalıdır.