Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırıb

Digər ölkələr
  • 04 fevral, 2020
  • 06:15
Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırıb

Dünyanın 46 xarici aviadaşıyıcısı Çinə uçuşları dayandırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Bunlar arasında “Air France”, “American Airlines”, “Air Canada”, “Lufthansa”, “Finnair”, “Air India”, “Air Seoul” və başqa böyük aviaşirkətlər var.

Koronavirusun yeni növünün yayılması bir çox ölkələri və şirkətləri Çinə və oradan səyahət üçün məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.