Koronavirus daha bir ölkədə aşkarlandı
Digər ölkələr
- 04 fevral, 2020
- 08:21
Çinin Uhan şəhərindən təxliyə edilmiş Belçika vətəndaşında koronavirus aşkarlanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxliyə edilmiş 9 nəfərin hamısı xüsusi müayinədən keçib və onlardan birinin koronavirus daşıyıcısı olduğu məlum olub. Məlumatda həmçinin xəstənin vəziyyətinin stabil olduğu vurğulanıb.
Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. Son məlumata görə, xəstəlikdən ölənlərin sayı 425-ə çatıb, yoluxanların sayı isə 21 mini ötüb.
Son xəbərlər
05:50
Tramp: MKİ rəhbəri Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların bütün aspektlərindən xəbərdardır
Digər ölkələr05:15
Mask: "SpaceX" 2027-ci ildə "Nvidia" Sİ superkompüterlərini orbitə çıxarmağa başlayacaq
Digər ölkələr04:44
FES faiz dərəcəsini azaltmasa, Tramp bəzi ölkələrlə ticarəti dayandıra bilər
Digər ölkələr04:04
"SpaceX" şirkəti "O3b mPOWER"in üç peykini orbitə çıxarıb
İKT03:43
ABŞ İranın blokadası çərçivəsində 101 ticarət gəmisini yönləndirib
Digər ölkələr03:19
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
Digər ölkələr02:51
Tramp Ağ Evin mətbuat katibi işini Rubio və Bessentə tapşırıb
Digər ölkələr02:20
İraqdakı müəssisədə ammonyak sızması zamanı iki nəfər ölüb
Digər ölkələr01:55