"Könüllülər koalisiyası" Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb

Digər ölkələr
  • 16 dekabr, 2025
  • 05:13
Könüllülər koalisiyası Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb

"Könüllülər koalisiyası" Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və zərurət yarandıqda bu ölkə ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb.

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer İcmalar Palatasında (parlamentin aşağı palatası) komitə rəhbərlərinin suallarını cavablandırarkən bildirib.

"Könüllülər koalisiyası daxilində ölkə liderlərinin iştirak etdiyi siyasi və hərbi planlaşdırıcıların iştirak etdiyi isə hərbi bir proses var idi. Biz havada, dənizdə və quruda təhlükəsizliyi təmin etmək və Ukraynanın öz imkanlarını gücləndirmək üçün hərbi planlar hazırlamaq istədiyimizi bildirdik. Hazırda bu ərazilərin hər biri üçün hərbi planımız var. Lazım gələrsə, buraya quruda yerləşdirmə də daxildir, amma hazırda prioritet ədalətli və davamlı sülhə nail ola biləcəyimizdir", - deyə o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti