Konqresin Nümayəndələr Palatasının keçmiş sədri seçkidə Trampı dəstəkləyəcək

Digər ölkələr
  • 17 dekabr, 2023
  • 11:21
Konqresin Nümayəndələr Palatasının keçmiş sədri seçkidə Trampı dəstəkləyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti 2024-cü il seçkilərində eks-prezident Donald Trampı dəstəkləmək niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bunu Makkarti Fox News-a müsahibəsində deyib.

"İşdə olsam da, olmasam da kömək edəcəm. İstəyirəm ki, ölkə uğurlu olsun. Mən keçmiş prezidentə daim deyirəm ki, söhbət ölkəmizin yeniləşməsindən, yenidən qurulmasından, bərpasından gedir",- deyə o bildirib.

44 - Tezliklə