Konqoda vulkan püskürməsinin fəsadları açıqlanıb
Digər ölkələr
- 26 may, 2021
- 16:27
Mayın 22-də Konqo Demokratik Respublikasının şərqində, Qoma şəhəri yaxınlığında Nyiraqonqo vulkanının püskürməsi nəticəsində 31 nəfər həlak olub, 40 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) açıqlamasında bildirilir.
Ölənlərin 13 nəfəri şəhərdən təxliyə zamanı, 24 nəfəri isə lavada yanaraq həlak olub. Bununla yanaşı, 20 minədək insan evsiz-eşiksiz qalıb. Qoma şəhərinin bir qəsəbəsi və yaxınlıqdakı üç kənd, o cümlədən 3 səhiyyə ocağı, 12 ibtidai və orta məktəb dağılıb. Təbii fəlakət nəticəsində 500 minədək əhalinin işıq və su təchizatı dayanıb.
Həmin bölgədə 2002-ci ildə baş vermiş püskürmə nəticəsində 250-dən artıq insan həlak olmuşdu.
Son xəbərlər
07:09
"Aluminium Bahrain" şirkəti İrandan obyektlərinə hücum edildiyini təsdiqləyib
Digər ölkələr06:38
WP: Pentaqon İranda həftələrlə davam edəcək quru əməliyyatlara hazırlaşır
Digər ölkələr06:15
Karol Navrocki ABŞ-də Aİ-nin siyasətini tənqid edib
Digər ölkələr05:41
Kim Çen In Şimali Koreyanın xüsusi təyinatlı qüvvələrini yoxlayıb
Digər ölkələr05:13
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Fərdi04:48
Makron Bərzaniyə zəng edərək dəstəyini bildirib
Digər ölkələr04:09
Sorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Digər ölkələr03:41
İran Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi öldürülüb
Region03:18