Konqo DR-da "Ebola"ya yoluxanların sayı 1000 nəfəri ötüb
Digər ölkələr
- 25 mart, 2019
- 00:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonlarından "Ebola" virusuna yoluxan sakinlərin sayı min nəfəri ötüb, onlardan 630 nəfəri ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, , bu barədə bazar ertəsinə keçən gecə ölkənin Səhiyyə Nazirliyi "Twitter"də məlumat yayıb.
"Bazar günü, 24 mart 2019-cu il tarixinə olan vəziyyət: ümumi 1009 [yoluxma] halı, eləcə də, 944 təsdiqlənmiş və 65 ehtimal olunan", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, 629 nəfər virusdan ölüb, 321 nəfər sağalıb, 240 şübhəli vəziyyət araşdırılır. Martın 24-ü gün ərzində 10 yoluxma və xəstəlikdən 4 ölüm halı aşkar edilib. Avqustun 8-dən 91 min 286 nəfərə vaksin vurulub.
Son xəbərlər
21:02
İran ABŞ-nin şərtlərinə cavab verib
Region20:54
Bolqarıstanda bir əsrlik temperatur rekordu yenilənib
Digər ölkələr20:48
Səkinə Musayeva: "Asan qələbə qazanacağımızı düşünmürdük"
Fərdi20:34
Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub
Futbol20:31
Foto
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub - YENİLƏNİB-2
Fərdi20:28
İsrail ordusu HƏMAS-ın "Nuxba" bölməsinin komandirini öldürdüyünü açıqlayıb
Digər ölkələr20:25
Foto
Biləsuvarda qəza zamanı ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB
Hadisə20:13
Polşada Baş naziri öldürməklə hədələyən şəxs saxlanılıb
Digər ölkələr20:11