Kolumbiya hökuməti zəlzələ qurbanlarının xatirəsinə üç gün matəm elan edib

Digər ölkələr
  • 12 avqust, 2026
  • 16:14
Kolumbiya hökuməti zəlzələ qurbanlarının xatirəsinə üç gün matəm elan edib

Kolumbiya hökuməti güclü zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan edib.

"Report" Kolumbiya mediasına istinadən xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Abelardo de la Esprielya imzalayıb.

"Qurbanların xatirəsinə üçgünlük milli matəm elan edilir", - prezident administrasiyasının bəyanatında bildirilir.

Bu müddət ərzində ölkənin bütün dövlət binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərində milli bayraq yarıya qədər endiriləcək.

44 filmi