Kobaniyə endirilən hava zərbələri nəticəsində yüzlərlə yüzlərlə İŞİD yaraqlısı ölüb
- 16 oktyabr, 2014
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərliyi altında koalisiya tərəfindən Suriyanın Kobani şəhərinə endirilən hava zərbələri nəticəsində "İslam Dövlətinin" (İŞİD) yüzlərlə döyüşçüsü ölüb. "Report" "Reuters"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.
Son iki gün ərzində koalisiya təyyarələri əsasən kürdlərin yaşadığı Kobani şəhərinə 40-a yaxın zərbə endiriblər.
C.Kirbinin sözlərinə görə, yaraqlıların mövqelərinin bombalanması İŞİD-in gücünü və imkanlarını zəiflədib. Lakin o hesab edir ki, şəhərdə vəziyyət qeyri-sabit olaraq qalır, çünki yaraqlılar hələ də şəhərin bir hissəsinə nəzarət edirlər. Pentaqonun mətbuat katibi bildirib ki, yaşayış məntəqəsində cəmi bir neçə yüz vətəndaş qalıb.