Koalisiyanın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində 14 dinc sakin ölüb

Digər ölkələr
  • 08 iyun, 2017
  • 23:02
Koalisiyanın Rəqqaya endirdiyi aviazərbələr nəticəsində 14 dinc sakin ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası cümə axşamı Rəqqa şəhərinin Məfraq-əl-Cizrə rayonuna havadan zərbələr endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, SANA-nın məlumatına görə, insident nəticəsində 14 dinc sakin ölüb, həmçinin yaralananlar var.

Koalisiya aviasiyası hazırda İŞİD terror təşkilatının Fəratda əsas dayaq məntəqəsi olan Rəqqaya hücuma keçən "Demokratik Suriya Qüvvələri"nin ərəb-kürd dəstələrinə dəstək verir.

44 - Tezliklə