Koalisiya təyyarələri Əfqanıstanda səhvən polis məntəqəsini bombalayıb

Digər ölkələr
  • 19 sentyabr, 2016
  • 10:39
Koalisiya təyyarələri Əfqanıstanda səhvən polis məntəqəsini bombalayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Koalisiyaya aid döyüş təyyarələrinin Əfqanıstanın Urmuzqan əyalətini bombalaması nəticəsində 8 pols əməkdaşı həlak olub. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda əyalətin Polis İdarəsinin nümayəndəsi bildirib.

Təyyarələr səhvən polis məntəqəsini bombalayıb.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin təyyarələri Trinkot şəhəri yaxınlığındakı Nəzarət-Buraxılış Məntəqəsinə zərbə endirib: "Bu məntəqə terrorçu "Taliban" hərəkatı silahlılarının mövqeyinin 800 metrliyində yerləşir", - deyə polis əməkdaşı vurğulayıb.

44 - Tezliklə