Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb

Digər ölkələr
  • 28 sentyabr, 2026
  • 14:05
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb

Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.

"Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Milli Polisindən bildirilib ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.

O, Kiyevin Vişneve rayonunda dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.

Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir.