Kiyevə dron hücumu zamanı 4 yanacaqdoldurma məntəqəsi vurulub

Digər ölkələr
  • 11 sentyabr, 2026
  • 12:21
Kiyevə dron hücumu zamanı 4 yanacaqdoldurma məntəqəsi vurulub

Rusiya ordusunun sentyabrın 11-i səhər saatlarında Kiyevə reaktiv dronlarla zərbələri nəticəsində yanacaqdoldurma məntəqələri (YDM) vurulub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın paytaxtında dörd yanacaqdoldurma məntəqəsi məhv edilib.

YDM-lər Kiyevin Obolon, Qolosiv və Poznyaki rayonlarında yerləşirdi.

Zərbələr nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

44 - Tezliklə