Kiyev və İrpendə hava hücumundan qorunmaq üçün Azərbaycana aid abidələrin örtüklə qapadılması başa çatıb

Digər ölkələr
  • 20 fevral, 2026
  • 12:51
Kiyev və İrpendə hava hücumundan qorunmaq üçün Azərbaycana aid abidələrin örtüklə qapadılması başa çatıb

Ukraynanın paytaxtı Kiyevdə və İrpen şəhərində Azərbaycana aid abidələr və mədəniyyət nümunələrinin Rusiyanın hava hücumlarından müdafiə məqsədilə örtüklə qapadılması başa çatıb.

"SOCAR ENERGY UKRAINE"nin department rəhbəri Andrey Pomiluyko "Report"un Şərqi Avropa bürosuna bildirib ki, bu, son zamanlar Ukrayna paytaxtına olan hava hücumlarının artması ilə əlaqədardır.

"Kiyevdə Heydər Əliyevin, İmadəddin Nəsiminin və Müslüm Maqomayevin abidələri örtüldü. Heydər Əliyev parkındakı fəvvarə və xalça abidəsi də mühafizə altına alındı. Həmçinin İrpen şəhərindəki akademik Zərifə Əliyevanın abidəsi də tərəfimizdən mühafizə örtüyü ilə örtülüb. Abidə odadavamlı brezent, qum kisələri ilə, həmçinin zirehli jiletlərin istehsalında istifadə olunan kevlar parça ilə örtülüb. Karkas bakelit fanerdən hazırlanıb. O, sukeçirməz və odadavamlıdır"- o, bildirib.