Kiyev Ukraynanın bərpası konfransında Türkiyənin iştirakına ümid edir

Digər ölkələr
  • 30 may, 2025
  • 15:29
Kiyev Ukraynanın bərpası konfransında Türkiyənin iştirakına ümid edir

Kiyev Ukraynanın bərpası layihələrində Türkiyə biznesinin iştirakına yardım etməyə hazırdır.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Ukrayna Türkiyə biznesinin müvafiq layihələrdə iştirakına kömək etməyə hazırdır. İyulda (10-11 iyul) Romada keçiriləcək Bərpa üzrə Konfransda Türkiyə nümayəndə heyətinin iştirakını gözləyirik", - o qeyd edib.

44 filmi