KİV: Uitkoff ilə Pəhləvinin gizli görüşü keçirilib
Digər ölkələr
- 13 yanvar, 2026
- 23:28
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Yüksəkvəzifəli amerikalı rəsmi bildirib ki, görüş ötən həftəsonu baş tutub. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşlar başladıqdan sonra ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında yüksək səviyyəli ilk belə təmasdır.
"Pəhləvi İranın hazırkı iqtidarının devriləcəyi təqdirdə özünü keçid hökumətin lideri kimi təqdim etməyə çalışır", - portal qeyd edib.
Son xəbərlər
08:04
Çinin şərqində təbii mis və qızıl ərintisinin iri yataqları aşkar edilib
Digər ölkələr07:52
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Media07:48
Cənubi Koreya Prezidentinin aparat rəhbəri birjadakı dəyişiklik fonunda istefa verib
Digər ölkələr07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58