Tramp: MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm - YENİLƏNİB

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 05:18
Tramp: MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada hökumət əleyhinə gizli əməliyyatlar keçirmək səlahiyyəti verdiyini təsdiqləyib.

"Report" bu barədə "NBC News"a istinadən xəbər verir.

"Mən əslində buna iki səbəbə görə icazə vermişəm. Birincisi, onların həbsxanalarından məhkumları Amerika Birləşmiş Ştatlarına buraxılmasıdır. Digəri isə narkotik vasitələrdir. Venesueladan bizə çoxlu narkotik gəlir", - Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarına nə üçün icazə verdiyi ilə bağlı sualı cavablandırarkən deyib.

MKİ şərh verməkdən imtina edib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada ölkə lideri Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində gizli əməliyyatlar keçirməyə icazə verib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bu icazə, Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədi ilə Venesuelaya qarşı təzyiq kampaniyası çərçivəsində son addımdır. Nəşrin məlumatına görə, bu, ABŞ hərbçilərinin Prezident Tramp üçün variantları, o cümlədən Venesuelanın özündə mümkün zərbələri necə hazırlaması fonunda verilib.

Qəzet qeyd edir ki, hazırda orada ABŞ-nin 10 min hərbi qulluqçusu, səkkiz gəmi və bir sualtı qayıq yerləşdirilib. ABŞ hərbçiləri artıq Venesuela sahillərində administrasiyanın narkotik daşıdığını iddia etdiyi mülki gəmilərə bir neçə zərbə endirib.

ABŞ administrasiyasının dövlət katibi və Prezidentin milli təhlükəsizlik üzrə müşavir Marko Rubio tərəfindən hazırlanmış strategiyası Maduronu hakimiyyətdən uzaqlaşdırmağa yönəlib. Administrasiya rəsmiləri bildirirlər ki, Maduro Venesuelanın kartel şəbəkəsinə rəhbərlik edir, bu da onların Ədliyyə Nazirliyinin 2020-ci il ittiham aktına istinadən Venesuela Prezidentini hakimiyyətdən uzaqlaşdırılmasını narkotiklərlə mübarizə əməliyyatı kimi təqdim etməyə imkan verir.

Son xəbərlər

Bütün Xəbər Lenti