KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var

Digər ölkələr
  • 28 fevral, 2021
  • 09:34
KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var

Rusiya helikopteri Suriyanın şimal-şərqində qəzaya uğrayıb.

“Report”un məlumatına görə, bu barədə Suriyanın rəsmi kütləvi informasiya vasitələrinə istinadən “Reuters” bildirib.

KİV-in məlumatına görə, hadisə nəticəsində helikopterin pilotu həlak olub.

Hazırda hadisə barədə rəsmi informasiya yoxdur.