KİV: NATO Qəzza müharibəsi səbəbindən trotil çatışmazlığı ilə üzləşib

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 03:54
KİV: NATO Qəzza müharibəsi səbəbindən trotil çatışmazlığı ilə üzləşib

NATO ölkələri partlayıcı maddələrin çatışmazlığı ilə üzləşir və bu da Aİ-nin Ukraynaya sursat tədarük etmək imkanlarına mane olur.

"Report"un məlumatına görə, Britaniyanın "The Daily Telegraph" qəzeti bu barədə insan haqları təşkilatlarının hesabatına istinadən xəbər yayıb.

Sənəddə qeyd olunur ki, Aİ-nin "Nitro-Chem" şirkətinə məxsus sonuncu böyük trotil istehsal zavodu Polşanın şimalında yerləşir. Orada istehsal edilən trotilin təxminən 90 %-i MK-84 və BLU-109 bombaları da daxil olmaqla, sursat istehsalı üçün ABŞ-yə ixrac olunur. Hesabatda trotilin çatışmazlığının əsasən ABŞ-nin İsrailə geniş silah satışı ilə bağlı olduğu qənaətinə gəlinir.

Tədqiqatın müəllifləri həmçinin Böyük Britaniyanın və digər Avropa ölkələrinin artıq sifarişlərlə dolu olan tək zavoddan çox asılı olduğunu da qeyd edirlər.

Qeyd olunur ki, trotil təchizatının çatışmazlığı Avropanın Ukraynanı Rusiyaya qarşı mübarizə üçün sursatla təmin etmək qabiliyyətinə mane olub.

Son xəbərlər

Bütün Xəbər Lenti