KİV: Mask Trampla mübahisədən sonra investorlarla əlaqə saxlamayıb

Digər ölkələr
  • 07 iyun, 2025
  • 08:58
KİV: Mask Trampla mübahisədən sonra investorlarla əlaqə saxlamayıb

ABŞ sahibkarı İlon Mask Prezident Donald Trampla münaqişəsi fonunda biznesinə milyardlarla sərmayə qoyan Silikon Vadisi investorları ilə əlaqə saxlamağı dayandırıb.

"Report"un məlumatına görə, bu barədə "Financial Times" qəzeti investorlardan birinə və ABŞ Respublikaçılar Partiyasının əsas sponsoruna istinadən yazıb.

"İlon heç kimin zənglərini qəbul etmir. Hətta onun şirkətlərinə milyardlarla sərmayə qoyanların da", - mənbə nəşrə bildirib.