KİV: “Kanada ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya 11 milyon dollar ayıracaq”

Digər ölkələr
  • 06 dekabr, 2022
  • 03:54
KİV: “Kanada ərazilərin minalardan təmizlənməsi üçün Ukraynaya 11 milyon dollar ayıracaq”

Kanada minatəmizləmə avadanlıqlarının tədarükü üçün Ukraynaya 11 milyon ABŞ dolları verəcək.

“Report” xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb.

Bildirilib ki, Ukraynaya ayrılan vəsait minaların və digər partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsinin maliyyələşdirilməsinə kömək etmək üçün istifadə olunacaq.

44 - Tezliklə