KİV: "İstəklilər koalisiyası" ABŞ-nin Ukrayna üzərində hava qalxanını müzakirə edir

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 03:50
KİV: İstəklilər koalisiyası ABŞ-nin Ukrayna üzərində hava qalxanını müzakirə edir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardım məsələsində özünü onların tərəfinə çəkməkdən imtina edərsə, Avropa liderlərinin ehtiyat planı olmalıdır.

"Report"un xəbərinə görə, belə fikirlə Britaniyanın "Financial Times" (FT) qəzetinin siyasi köşə yazarı Gideon Rahman çıxış edib.

O, Avropa liderlərinin diplomatik incəliklərə o qədər qarışdıqlarını və daha vacib problemi görməmələrini səhv adlandırıb. "ABŞ Prezidenti ardıcıl olaraq həm sözdə, həm də əməldə Ukraynanın müdafiəsi ilə bağlı öhdəlik götürmək istəmədiyinə dair siqnallar göndərib", - Rahman qeyd edib.

Onun fikrincə, Trampı Rusiyaya hərbi və iqtisadi təzyiqləri artırmağa razı salmaq inanılmaz nailiyyət olardı.

Köşə yazarının sözlərinə görə, istəklilərin qondarma koalisiyası Ukraynanın təhlükəsizliyini təmin edə biləcək Amerika "hava qalxanı"ndan istifadə imkanını müzakirə edir. Məqalədə qeyd olunur ki, Rusiyanın atəşkəslə razılaşmaq ehtimalının az olduğunu anlayaraq, Ukraynaya dəstək verən koalisiyaya daxil olan ölkələr bu yolla hərbi əməliyyatların de-fakto dayandırılmasına nail olmaq istəyirlər.

"Hava qalxanı səmanı ballistik raketlərə deyil, Rusiya pilotsuz təyyarələrinə bağlaya bilən hava hücumundan müdafiə sistemlərinin böyük artımını əhatə edəcək", - köşə yazarı yazır. "Avropalılar qismən Ukraynanın hava məkanının qorunmasına kömək edə biləcək dəniz dəstəyi vasitəsilə töhfə verəcəklər. Ola bilsin, təyyarədaşıyanların da Avropaya göndərilməsi ilə bağlı müzakirələr gedir", - "Ukrayna və istəməyənlər koalisiyası" başlıqlı məqalədə deyilir.