İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini açıqlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 19 oktyabr, 2025
  • 19:38
İsrail ordusu Qəzzaya yeni zərbələr endirdiyini açıqlayıb - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağına Fələstin radikal qruplaşmalarının atəşinə cavab olaraq yeni zərbələr endirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu, İsrail tərəfinin əvvəllər HƏMAS hərəkatının "atəşkəs rejimini kobud şəkildə pozmasına" cavab olaraq həyata keçirilir.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Amerika tərəfində HƏMAS-ın atəşkəs rejimini pozacağına dair etibarlı məlumatlar var.

İsrail ordusu Qəzza zolağına zərbələri bərpa edib.

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Clash Report"un "X" sosial şəbəkəsindəki hesabında yayımlanan videoda Qəzzanın mərkəzinin güclü zərbələrlə sarsıldığı görünür. Yarıdağılmış binalardan qalxan tüstü buludları müşahidə olunur.

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin ətrafına hava zərbələri endirib. İsrail tərəfi radikalların atəşkəs rejimini pozduğunu düşünür. Öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.

Son xəbərlər

Bütün Xəbər Lenti