KİV: Çində tüfəngli dron uğurla sınaqdan keçirilib

Digər ölkələr
  • 26 yanvar, 2026
  • 01:32
KİV: Çində tüfəngli dron uğurla sınaqdan keçirilib

Çində gövdəsinə tüfəng quraşdırılmış eksperimental pilotsuz uçuş aparatının (PUA) uçuş sınaqları keçirilib.

"Report"un məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) qəzetində dərc olunmuş araşdırmada bildirilir.

Məlumata görə, sınaqlar zamanı PUA hədəfdən 100 metr məsafəyə 20 dəfə tək-tək atəş açıb və 100 % dəqiqlik nümayiş etdirib. Sitem 50 metr məsafədə daha qısa bir sınaqda 20 atəşdən 19-da hədəfi sərrast vurub. Dronun istehsalçısı "Wuhan Guide Infrared" şirkətinin baş mühəndisi Szyan Huaszyan ki, bunun da nasaz sursat səbəbindən baş verdiyini hesab edir.

Qeyd olunur ki, xüsusi hazırlanmış və ya modifikasiya edilmiş odlu silahlardan istifadə edən PUA əvvəlki PUA-lardan fərqli olaraq, gövdəsinə quraşdırılmış standart piyada tüfəngindən istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti