KİV: Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 17:25
KİV: Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Çin gəmilərinin bir neçəsi Yaponiyanın Şərqi Çin dənizində nəzarətində olan sulardan keçib.

Bu barədə "Report" "Bloomberg"ə istinadən məlumat verir.

Hadisə Yaponiyanın Baş naziri Sanae Takaitinin Tayvanla bağlı açıqlamalarından sonra Tokio ilə Pekin arasında gərginlik fonunda baş verib.

Noyabrın 16-sı səhər saatlarında Çinin dörd silahlı sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularına daxil olub. Yaponiyanın sahil mühafizə xidmətinin məlumatına görə, gəmilər bundan əvvəl mübahisəli Senkaku adalarının (Çin dilində adı – Dyaoyudao) ətrafında hərəkət ediblər.

Pekin isə öz nözbəsində bildirib ki, gəmilər mübahisəli sularda ərazi hüquqlarının qorunması çərçivəsində patrul xidməti həyata keçiriblər.

Bundan əvvəl Yaponiyanın Baş naziri bildirib ki, Tayvanla bağlı münaqişədə hərbi gücün tətbiqi Tokio tərəfindən "yaşama təhlükəsi yaradan vəziyyət" kimi qiymətləndirilə bilər və bu təsnifat Yaponiyaya müdaxilə üçün hüquqi əsas verər. Açıqlama tərəflər arasında diplomatik qalmaqala səbəb olub.

Son xəbərlər

Bütün Xəbər Lenti