KİV: Britaniyanın ABŞ-dəki keçmiş səfiri girov müqabilində həbsdən azad edilib

Digər ölkələr
  • 24 fevral, 2026
  • 08:43
KİV: Britaniyanın ABŞ-dəki keçmiş səfiri girov müqabilində həbsdən azad edilib

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelson maliyyəçi Ceffri Epşteynə məxfi hökumət məlumatlarının sızdırılması ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadəylə əlaqədar istintaq çərçivəsində girov müqabilində həbsdən azad edilib.

"Report"un məlumatına görə, bu barədə "Sky News" xəbər verib.

Eyni zamanda London polisi Mandelsonun təsvirinə uyğun olan bir kişinin azadlığa buraxıldığını təsdiqləyib: "Vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edilən 72 yaşlı kişi əlavə araşdırmalar aparılana qədər girov müqabilində azadlığa buraxılıb. O, 23 fevral bazar ertəsi günü Kamdendəki (London rayonu - red.) evində həbs edilib və dindirilmək üçün Londonun polis bölməsinə aparılıb", - paytaxt polisinin açıqlamasında bildirilib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları istintaqa ziyan vurmamaq üçün əlavə məlumat verə bilmirlər.