KİV: Avropa İttifaqı "Lukoil" ilə əməliyyatlara qadağa qoya bilər

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 12:01
KİV: Avropa İttifaqı Lukoil ilə əməliyyatlara qadağa qoya bilər

Avropa İttifaqı (Aİ) Rusiya neft şirkəti "Lukoil" ilə əlaqələri sıfıra endirmək imkanını araşdırır.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Politico"ya istinadən məlumat yayıb.

"Yüksək vəzifəli şəxs bildirib ki, Aİ Rusiyaya qarşı Aİ-nin 19-cu sanksiyalar paketinin siyahısına daxil edilməmiş enerji şirkəti "Lukoil"dan "xilas olmaq" niyyətindədir", - nəşr qeyd edib.

Mənbənin məlumatına görə, Avropa İttifaqı bu Rusiya şirkəti ilə əməliyyatlara qadağa qoyulması variantını hazırlayır.

Bununla belə, "Politico"nun həmsöhbəti vurğulayıb ki, "Lukoil" özəl şirkətdir və Avropada geniş təmsil olunur: "Xüsusilə, Bolqarıstan və Rumıniyada neft emalı zavodlarına, həmçinin qitədə yanacağın pərakəndə satış şəbəkəsinə malikdir. Biz tam sanksiyaları tətbiq etməzdən əvvəl bu obyektlərdən xilas olmağın yolunu tapmalıyıq".

Qeyd edək ki, oktyabrın 23-ü ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar elan edib, bu çərçivədə "Rosneft" və "Lukoil" neft şirkətləri, eləcə də onların törəmə qurumlarına qarşı tədbirlər həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti