KİV: Aİ Slovakiyaya Rusiya qazından imtina etmək üçün zəmanətlər verəcək
- 15 iyul, 2025
- 16:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Slovakiyaya Rusiya qazından imtina etmək üçün lazımi zəmanətlər verəcək ki, bu da Rusiyaya qarşı yeni sanksiyalar barədə danışıqların açılmasına kömək edəcək.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Slovakiya narahatlıqları həll olunana qədər Rusiyaya qarşı Aİ-nin son sanksiyalar paketini bloklamağa davam
edir. Bratislavanın fikrincə, Rusiya qazından tam imtina qiymətlərin və tranzit rüsumlarının artmasına səbəb ola bilər.
Slovakiyanın Baş naziri Robert Fitsoya göndərilən və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən imzalanan məktubda deyilir ki, Brüssel bu məsələlərin həlli üçün Bratislava ilə əməkdaşlıq etməyə hazırdır. Xüsusilə, Rusiya idxalından mərhələli imtina dövründə təchizat qıtlığı səbəbindən qaz qiymətlərində kəskin artım olduğu təqdirdə "təcili fasilə" tətbiq etmək imkanından söhbət gedir.
Aİ xarici işlər nazirlərinin çərşənbə axşamı Brüsseldə yeni sanksiyalar paketinin razılaşdırılmasını müzakirə edəcəkləri gözlənilir. Bunların qəbul edilməsi üçün Aİ-nin 27 üzv ölkəsinin hamısının yekdil razılığı tələb olunur.