KİV: ABŞ Venesuelaya "Tomahawk" raketləri ata bilər

Digər ölkələr
  • 30 oktyabr, 2025
  • 19:00
KİV: ABŞ Venesuelaya Tomahawk raketləri ata bilər

ABŞ-nin Panamadakı keçmiş səfiri Con Fili hesab edir ki, Vaşinqton Venesuela Prezidenti Nikolas Maduroya təzyiqi artırmaq üçün ölkəyə "Tomahawk" qanadlı raketləri ata bilər.

"Report" xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.

"Fili bəyan edib ki, Venesuela yaxınlığındakı ABŞ qüvvələri Cənubi Amerika ölkəsindəki hədəf obyektlərinə "Tomahawk" qanadlı raketləri ata bilər", - məlumatda qeyd olunur.

Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Co Sestak qəzetə bildirib ki, ABŞ Prezidenti Donald Tramp, çox güman ki, Venesuelada qoşunların iştirakı ilə yerüstü əməliyyatlardan çəkinəcək.

Daha əvvəl Tramp Ağ Evin Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verməsi barədə "New York Times" qəzetinin yaydığı məlumatı jurnalistlərə təsdiqləyib. Karakas Trampın bu bəyanatını pisləyərək, onun iddialarını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb.

Sentyabr-oktyabr aylarında ABŞ Venesuela sahilləri yaxınlığında guya narkotik daşıyan qayıqların məhvi üçün dəfələrlə öz silahlı qüvvələrindən istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti