KİV: ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 17:53
KİV: ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər

ABŞ və Rusiya yaxın gələcəkdə Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı çərçivə sazişini razılaşdıra bilər.

"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Ev rəsmisinə istinadən yazıb.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın komandası Avropa İttifaqı və Ukraynanın iştirakı olmadan Rusiya ilə danışıqlar aparıb. Ağ Ev bu danışıqların nəticəsini Kiyevə artıq qəbul edilmiş yekun qərar kimi təqdim etmək niyyətindədir.

Məlumata görə, ABŞ-nin yeni planı Ukrayna Prezidenti Volodimir Zelenskiyə noyabrın 20-də ABŞ hərbi nümayəndə heyəti ilə görüş zamanı təqdim edilə bilər.

Daha əvvəl "Axios" nəşri yazıb ki, ABŞ və Rusiya 28 bənddən ibarət sülh planını müzakirə edir. Bu plana dörd kateqoriya daxildir: Ukraynada sülh, onun üçün təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik, ABŞ, Rusiya və Ukrayna arasında gələcək münasibətlər.

Son xəbərlər

Bütün Xəbər Lenti