KİV: ABŞ, Ukrayna və Rusiya Əbu-Dabidə qapalı danışıqlar aparırlar
Digər ölkələr
- 25 noyabr, 2025
- 09:41
ABŞ, Ukrayna və Rusiya Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qapalı danışıqlar aparırlar.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Financial Times"a istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Ordu naziri Den Driskoll noyabrın 24-ü Əbu-Dabiyə gedib. Danışıqlarda Ukraynanı kəşfiyyat rəisi Kirill Budanov təmsil edir, Rusiya nümayəndə heyətinin tərkibi isə açıqlanmayıb.
Nəşr qeyd edir ki, danışıqlar noyabrın 24-ü axşam saatlarında başlayıb.
Daha əvvəl ABŞ Ordu naziri Daniel Driskollun Rusiyaya səfər edə biləcəyi barədə məlumat verilmişdi.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14