KİV: ABŞ-nin Nüvə Təhlükəsizliyi İdarəsinin təxminən 80% işçisi ixtisar oluna bilər

Digər ölkələr
  • 18 oktyabr, 2025
  • 05:24
KİV: ABŞ-nin Nüvə Təhlükəsizliyi İdarəsinin təxminən 80% işçisi ixtisar oluna bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinin "mülki xidmətçilərinin əksəriyyəti"ni ödənişsiz məzuniyyətə göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, bu, ABŞ federal hökumətinin maliyyələşdirilməsinin dayandırılması şəraitində idarənin 18 oktyabrda əməkhaqqının ödənilməsi üçün mövcud olan vəsaitin tükənəcəyi proqnozu ilə bağlıdır.

Nəşr qeyd edir ki, 1,4 min əməkdaş, yəni içilərin təxminən 80%-i ixtisar oluna bilər.

ABŞ federal hökuməti 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması ilə əlaqədar qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçılar və müxalifətçi Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri barədə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birilərini şatdaunu təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda günahlandırırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti