KİV: ABŞ-nin Karaçidəki konsulluğunun yaxınlığındakı atışmada 10 nəfər ölüb

Digər ölkələr
  • 01 mart, 2026
  • 11:43
KİV: ABŞ-nin Karaçidəki konsulluğunun yaxınlığındakı atışmada 10 nəfər ölüb

Pakistanın Karaçi şəhərindəki ABŞ konsulluğunun yaxınlığında baş verən atışmada azı 10 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Fars News Agency" xəbər verib.

Etirazçıların şəhərdəki ABŞ konsulluğuna basqın etdiyi, yanğınlar törətdiyi və iğtişaşlar yaratdığı bildirilir. Ərazidəki yollar bağlanıb.

"Dawn" qəzetinin məlumatına görə, ABŞ-İsrail hava hücumlarına qarşı etiraz edənlər bazar günü hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar. "Edhi" Xilasetmə Xidməti yalnız bir neçə zərərçəkən barədə məlumat verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının asayişi qorumaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

"Heç kimin qanunu öz əlinə almasına icazə verilmir. İctimai asayişi pozanlara qarşı qanuna uyğun olaraq tədbirlər görüləcək", - nəşr Pakistanın daxili işlər naziri Sindh Lanjardan sitat gətirib. O, həmçinin ölkədəki strateji əhəmiyyətli yerlərdə təhlükəsizliyin artırılmasını əmr edib.

Son xəbərlər

Bütün Xəbər Lenti