KİV: ABŞ İrana mümkün zərbə ilə bağlı ilkin müzakirələr aparıb
Digər ölkələr
- 11 yanvar, 2026
- 00:50
ABŞ Prezidenti Administrasiyasının rəsmiləri zərurət yaranacağı təqdirdə İrana zərbə endirilməsi imkanını ilkin müzakirəyə çıxarıblar.
"Report"un məlumatına görə, bunu "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazıb.
Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və hər hansı planlaşdırmanın standart hissəsini təşkil edir.
Mənbələr qeyd ediblər ki, İrana yaxın zamanda hücum təhlükəsi yoxdur, ABŞ-nin İslam Respublikasına qarşı hərəkət kursu hələ razılaşdırılmayıb, zərbəyə hazırlıq üçün hərbi texnika və hərbçilər bölgəyə göndərilməyib.
Bundan əvvəl Donald Tramp bəyan edib ki, əgər İran rəhbərliyi etirazçıların həlak olmasına yol verərsə, ABŞ İslam Respublikasının rəhbərliyinə qarşı güclü zərbə endirə bilər.
Son xəbərlər
09:03
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək
Futbol08:56
"SpaceX" süni intellekt məlumat mərkəzi şəbəkəsi üçün 1 milyon peyk buraxmaq istəyir
Digər ölkələr08:33
Uiteker: ABŞ Liviya ssenarisinin İranda təkrarlanmasını istəmir
Digər ölkələr08:16
Azərbaycanın MMA döyüşçüsü UFC-dəki növbəti görüşündə məğlub olub
Fərdi08:01
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Region07:36
Uiteker: Sülh sazişi Rusiya-Ukrayna müharibəsinin həllində ilk addım olacaq
Digər ölkələr07:11
Tramp: İran ABŞ ilə ciddi danışıqlar aparır
Digər ölkələr06:47
Qətərin Baş naziri İranın TŞ rəhbəri ilə regional gərginliyin azaldılmasını müzakirə edib
Digər ölkələr06:22