Kislitsa: ABŞ və Ukrayna sülh planını yeniləyərək onu 19 bəndə salıblar

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 19:27
Kislitsa: ABŞ və Ukrayna sülh planını yeniləyərək onu 19 bəndə salıblar

ABŞ və Ukrayna 19 bənddən ibarət yenilənmiş sülh sazişi layihəsini hazırlayıblar, siyasi cəhətdən həssas məsələlər isə sonradan iki lider tərəfindən razılaşdırılacaq.

"Report" xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa "The Financial Times"a bildirib.

Cenevrədə danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibində iştirak edən Kislitsa görüşü intensiv və məhsuldar adlandıraraq, hər iki tərəfin maraqlarını təmin edən yenidən işlənmiş sənəd layihəsini razılaşdırdıqlarını qeyd edib.

Danışıqlar nəticəsində bir sıra mübahisəli bəndlər – xüsusən, ərazi məsələləri və NATO, Rusiya və ABŞ arasındakı münasibətlər – ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski tərəfindən müzakirəyə saxlanılıb.

"Ukrayna tərəfi ərazi güzəştləri ilə bağlı qərar qəbul etmək mandatına malik deyildi, çünki ölkə Konstitusiyasına görə bu, ümummilli referendum tələb edərdi," – deyə nazir müavini vurğulayıb.

Kislitsa söyləyib ki, yenilənmiş layihə əvvəlcə mətbuata sızmış sülh planı variantına çox az bənzəyir: "İlkin versiyadan çox az şey qalıb".

İndi hər bir tərəf aktual işçi variantı öz liderlərinə – Vaşinqtonda və Kiyevdə – təqdim edəcək. Bundan sonra, Kislitsanın sözlərinə görə, Tramp administrasiyası danışıqlar prosesini irəlilətmək üçün Moskvaya müraciət etməyi planlaşdırır.

"Ukrayna ordusunun sayının məhdudlaşdırılması və mümkün hərbi cinayətlərə ümumi amnistiya ilə bağlı təkliflər Kiyevin mövqeləri nəzərə alınaraq yenidən işlənib.

Son xəbərlər

Bütün Xəbər Lenti