Kişineu aeroportunda mina aşkar edilib, terminal təxliyə olunub

Digər ölkələr
  • 02 oktyabr, 2026
  • 17:55
Kişineu aeroportunda mina aşkar edilib, terminal təxliyə olunub

Oktyabrın 2-si yerli vaxtla 16.20 radələrində Moldovanın paytaxtı Kişineu beynəlxalq aeroportunda mina aşkar edilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə Moldova Daxili İşlər Nazirliyindən bildirilib ki, Sərhəd Polisinin əməkdaşları ilə birgə aeroport işçiləri təxliyə edilib, enən təyyarələrdən sərnişinlərin çıxışı dayandırılıb.

Hazırda minanın aşkar edilərək zərərsizləşdirilməsi prosesi gedir.