Kilis şəhərində mərmi partlayışı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Digər ölkələr
- 24 aprel, 2016
- 15:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 aprel. REPORT.AZ/Suriya ərazisindən atılan iki qumbaraatan mərmisinin Kilis şəhərində məscidə düşməsi nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 18:10-da baş verib. İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılmış mərminin düşdüyü məscid şəhər qubernatorunun dəftərxanasının 100 metrliyində yerləşir.
Qeyd edək ki, Kilis şəhəri bu gün səhər saatlarına da atəşə tutulub. Şəhərə düşən mərmi partlayışları nəticəsində ümumilikdə 16 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Son xəbərlər
17:52
Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
Sağlamlıq
17:51
Xankəndiyə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb
Maliyyə
17:51
Psixoloq: Valideynlər uşaqlara insanın dəyərinin geyimi ilə deyil, biliyi və davranışı ilə ölçüldüyünü açıqlamalıdırlar
Elm və təhsil
17:47
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Xarici siyasət
17:37
Azərbaycan deflimpiyaçıları Belarus Açıq Kubokunda komanda hesabında birinci olublar
Fərdi
17:34
Sok Piset: "Birgə fəaliyyətimiz ASEAN regionunu Xəzər dənizi ilə birləşdirməyə imkan verəcək"
Biznes
17:27
"Barselona" Dani Olmonu satmaqdan imtina edib
Futbol
17:27
Azərbaycanda 9 ayda 620 dövlət standartı qəbul edilib
Biznes
17:27
İsraildə baş verən partlayış nəticəsində 20-yə yaxın insan xəsarət alıb
Digər ölkələr