KİV: Sabah Yəməndə atəşkəs elan olunacaq
Digər ölkələr
- 07 iyul, 2015
- 09:02
Bakı. 7 iyul. REPORT.AZ/ Yəməndə münaqişə edən tərəflər, eləcə də Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələri 5 günlüyünə atəşkəs elan olunması haqda razılığa gəliblər. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda "Elaph" saytı məlumat yayıb.
Xəbərə görə, hətta sonradan atəşkəsin müddəti uzadıla da bilər. Məlumatda bildirilir ki, bu tədbirin başlamasının iyulun 8-də elan olunacağı gözlənilir. "Humanitar barış" adı altında tətbiq ediləcək atəşkəsin Ramazan Bayramına, yəni iyulun 17-dək davam etməsi nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, BMT baş katibinin xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd yaxın 48 saatda "humanitar yardım" aksiyasının bütün detallarını dəqiqləşdirəcək.
Son xəbərlər
22:23
Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da top qapıdan keçmək istəmədi"
Futbol22:12
Tarmo Kink: "Payde"nin qələbəsində heç bir sirr yoxdur"
Futbol22:10
"Rusiya Dəmir Yolları": Ermənistan müqaviləyə xitamı nəzərdən keçirirsə, qoyduğumuz investisiyaları geri qaytarsın
Region22:09
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin rəqibləri müəyyənləşib
Fərdi22:06
Video
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol22:01
Foto
Göygöldə yol qəzasında ana və qızı yaralanıb
Hadisə22:01
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu start götürüb
Futbol22:00
Azərbaycanın 2 qadın güləşçisi dünya çempionatında təsəlliverici görüşə çıxacaq
Fərdi22:00