Keyko Fuximori Perunun ilk qadın Prezidenti olub

Digər ölkələr
  • 30 iyun, 2026
  • 12:50
Keyko Fuximori Perunun ilk qadın Prezidenti olub

Perunun mühafizəkar "Xalq gücü" partiyasının lideri Keyko Fuximori iyunun 7-də keçirilən Prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Perunun Seçki Prosesləri üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, turda Fuximori səslərin 50,135 %-ni, solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Roberto Sançes isə 49,865 %-ni toplayıb.

"Bülletenlərin 100 %-i emal edilib. Biz bütün perulular üçün nizam və ümid yoluna qədəm qoymağa yaxınlaşırıq", - K.Fuximori "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Milli Seçki Münsiflər Heyəti iyulun 3-də K.Fuximorini rəsmən qalib elan edəcək.

Qeyd edək ki, Keyko Fuximorinin 51 yaşı var. O, Perunun sabiq prezidenti Alberto Fuximorinin qızıdır. İnauqurasiya mərasimi iyulun 28-də keçiriləcək. O, Peru tarixində ilk qadın prezident olacaq. Bu ölkədə prezident beş illik müddətə seçilir.