Con Kerri: "İsrail və Fələstin sülh şəraitində yaşamalıdır"

Digər ölkələr
  • 19 aprel, 2016
  • 00:41
Con Kerri: İsrail və Fələstin sülh şəraitində yaşamalıdır

Bakı. 19 aprel. REPORT.AZ/ABŞ dövlət katibi Con Kerri İsrail və Fələstin dövlətlərinin sülh şəraitində yaşaya biləcəklərinə ümidini ifadə edib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ rəsmisi bu ölkələrin münasibətlərində digər hər hansı variantın demokratik olmadığını bildirib.

Con Kerri hesab edir ki, İsraillə Fələstin arasında sülhün əldə edilməsi Yaxın Şərq münaqişəsinin yeganə demokratik həllidir.

"Mən əminəm ki, fələstinlilərlə israillilər sülh şəraitində yaşayacaqlar" - deyə ABŞ dövlət katibi əlavə edib. 

44 - Tezliklə