Kəraçidəki ticarət mərkəzində ölənlərin sayı 60 nəfərə çatıb

Digər ölkələr
  • 21 yanvar, 2026
  • 17:22
Kəraçidəki ticarət mərkəzində ölənlərin sayı 60 nəfərə çatıb

Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 60 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Geo TV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Cənub dairəsinin polis rəisinin müavini Sayed Əsəd Raza jurnalistlərə ticarət mərkəzindəki mağazada daha 30 nəfərin meyitinin aşkar edildiyini bildirib.

Hazırda 11 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

O bildirib ki, hələlik ticarət mərkəzindəki yanğınla bağlı terror aktına dair heç bir sübut aşkar edilməyib.

Qeyd edək ki, yanvarın 17-də axşam Kəraçidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını 33 saatdan sonra söndürmək mümkün olub.

İlkin məlumata görə, hadisəyə elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Son xəbərlər

Bütün Xəbər Lenti