Kats: İsrail ordusu Livanla sərhəddəki bufer zonada qeyri-müəyyən müddətə qalacaq

Digər ölkələr
  • 27 fevral, 2025
  • 18:22
Kats: İsrail ordusu Livanla sərhəddəki bufer zonada qeyri-müəyyən müddətə qalacaq

İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ ilə əldə olunmuş razılıq əsasında Livanla sərhəddəki bufer zonada qeyri-müəyyən müddətə qalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats bu barədə yerli hakimiyyət orqanları rəhbərlərinin konfransında bildirib.

"Livanla sərhəddə bufer zona var və ABŞ bizə (İsrailə) “yaşıl işıq” yandırıb və biz Livanla sərhəddəki bufer zonada qeyri-müəyyən müddətə qalacağıq", - o qeyd edib.

Fevralın 17-də “Ynet” portalı İsrail ordusunun atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan çəkiləcəyini, lakin beş strateji mövqedə qalacağını bildirib. “Kan” radiosunun məlumatına görə, İsrail ordusu Livanın cənubunda “Hizbullah” birləşmələrinin fəallığının bərpasının qarşısını almaq üçün bu beş mövqedə qalır.