Kanadada ultrasağçı və anti-faşistlər etiraz aksiyaları keçiriblər

Digər ölkələr
  • 01 oktyabr, 2017
  • 01:59
Kanadada ultrasağçı və anti-faşistlər etiraz aksiyaları keçiriblər

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kanadanın ABŞ ilə sərhədi yaxınlığında ultrasağçı təşkilatlar və anti-faşistlərin etiraz aksiyaları səbəbindən Monreal yaxınlığındakı Sen-Bernar-de-Lakol nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanıb.

"Report" CBC-yə istinadən xəbər verir ki, "La Meute" və "Storm Alliance" ultrasağçı təşkilatların üzvləri ABŞ-dan qeyri-leqal miqrantların Kanada ərazisinə buraxılmasının qarşısını almağı tələb ediblər.

Bundan əlavə, Monrealdan əksetiraz üçün "Solidarity Across Borders" hərəkatından təqribən 100 anti-faşist gəlib.