Kanadada təyyarə qəzası nəticəsində bir nəfər ölüb
Digər ölkələr
- 17 avqust, 2018
- 18:59
Bakı. 17 avqust. REPORT.AZ/ Kanadanın Albert əyalətinin Edmonton şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü CTV telekanalı məlumat yayıb.
"Cessna 172" tipli təyyarə hələ avqustun 12-də Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.
Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.
Son xəbərlər
18:57
Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
Digər ölkələr18:53
Video
Kolumbiyada zəlzələ nəticəsində 13 nəfər ölüb - YENİLƏNİB-3
Digər ölkələr18:40
Azərbaycanda çəltik sahələrinin sığortalanması avqustun 20-dək davam edəcək
Biznes18:40
SEPAH: İranın raketləri trayektoriyasını dəyişə bilir
Region18:21
Foto
UEFA Çempionlar Liqası: "Sabah"ın "Orhus"la oyundan əvvəl açıq məşqi baş tutub
Futbol18:19
Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb
Maliyyə18:10
"Orhus"un futbolçusu Tobias Bek: "İsti hava "Sabah"la cavab matçında bizə çətinliklər yarada bilər"
Futbol18:07
Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb
Hadisə18:05