Kanadada baş vermiş partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Digər ölkələr
  • 28 iyun, 2016
  • 23:44
Kanadada baş vermiş partlayışda 1 nəfər ölüb, 9 nəfər yaralanıb

Kanadanın Ontario gölünün sahilində yerləşən Missisoqa şəhərində baş vermiş partlayış nəticəsində ən azı 1 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə CBC telekanalı məlumat yayıb. 

Məlumata görə, partlayış nəticəsində bir ev tamam dağılıb, iyirmi dörd ev isə zədələnib. Polis sakinləri ərazidən təxliyyə edib. 

Xəsarət alanlara hadisə yerindəcə tibbi yardım göstərilib. Hadisənin hansı səbəbdən baş verməsi açıqlanmır.