Kanada və Avropa iki ildə müdafiə ehtiyaclarına 250 milyard dollar yönəldəcək
- 03 iyul, 2026
- 01:17
Kanada və Avropa ölkələri qarşıdakı iki il ərzində hərbi xərclərə əlavə təxminən 250 milyard dollar yönəldəcək.
"Report" xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rütte "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.
"Avropalılar öz potensialını heyrətamiz templərlə artırırlar və iki il ərzində biz Kanada və Avropa tərəfindən müdafiə ehtiyacları üçün 250 milyard dollar məbləğində əlavə maliyyələşdirmə görəcəyik", - o bildirib.
Şimali Atlantika Alyansının iyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan sammitinin mərkəzi gündəliyi, Rütte vurğulayıb, bir il əvvəl götürülmüş öhdəliklərin yerinə yetirilməsi olacaq.
"Bir il əvvəl Haaqada keçirilən sammit öhdəliklərə yönəlmişdi. Hazırkı sammit isə maliyyələşdirmə, müdafiə-sənaye kompleksinin güclərinin artırılması və Ukraynaya yardım məsələlərində bu öhdəliklərin icrasına cəmləşəcək", - alyansın rəhbəri vurğulayıb.