Kanada İranın nüvə proqramının yoxlanılmasına 1,2 mln. dollar ayıracaq

Digər ölkələr
  • 14 oktyabr, 2017
  • 02:40
Kanada İranın nüvə proqramının yoxlanılmasına 1,2 mln. dollar ayıracaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kanada hökuməti İranın nüvə proqramının yoxlanılmasına 1,2 milyon dollar vəsait ayıracaq.

“Report” xəbər verir ki, bunu yerli xarici işlər naziri Kristia Friland deyib.

"2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sülh və təhlükəsizliyə yarana biləcək təhlükənin qarşısının alınmasında mühüm alət oldu", - deyə Kanada XİN-in rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın nüvə sövdələşməsinə tam riayət etdiyini xəbər verib.

Oktyabrın 13-də Amerika lideri Donald Tramp bildirib ki, ABŞ İrana qarşı olan strategiyasını yenidən nəzərdən keçirib və istənilən vaxt bu ölkə ilə nüvə sövdələşməsini poza bilər.

44 - Tezliklə