Kanada “Airbus”dan 9 hərbi nəqliyyat təyyarəsi alacaq
Digər ölkələr
- 25 iyul, 2023
- 20:12
Kanadanın Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin yenilənməsi proqramı çərçivəsində dördü tanker təyyarəsi də daxil olmaqla, “Airbus”dan doqquz hərbi nəqliyyat təyyarəsi alacaq.
“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Müqavilənin məbləği 3,6 milyard Kanada dolları (2,73 milyard ABŞ dolları - Qeyd) təşkil edəcək. Bu, müasir “A330 MRTT” çoxməqsədli tanker-nəqliyyat təyyarələrindən dördünün, eləcə də beş işlənmiş “A330-200” nəqliyyat təyyarəsinin alınmasını nəzərdə tutur.
Qeyd olunub ki, hazırda Kanadanın Hərbi Hava Qüvvələrinin balansında olan “CC-150 Polaris” təyyarələrinin istismar müddəti başa çatmaq üzrədir.
Son xəbərlər
05:21
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb
İKT04:48
Avropa İttifaqı Afrikada əhaliyə 710 milyon avro ayıracaq
Digər ölkələr04:15
Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
Digər ölkələr03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21